Polşa səfirliyindən Tehrandakı hücuma münasibət

27 Yanvar 2023 17:33

Polşa səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirlik "Facebook" hesabında paylaşım edib.

"Polşa Respublikasının Azərbaycandakı Səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir. Səfirliyin həlak olan mühafizə rəisinin ailəsinə başsağlığı veririk. Hücum zamanı yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Milli.Az