Azərbaycanlı məşhurdan İrandakı soydaşlarımıza ÇAĞIRIŞ: Çıxaq Savalan dağına ... - VİDEO

27 Yanvar 2023 17:30

Müğənni Talıb Tale yeni klipini ərsəyə gətirib.

Milli.Az xəbər verir ki, müğənni söz-musiqisi özünə aid olan "Güney-Quzey" adlı mahnısına çəkdirdiyi ekran işində İrandakı soydaşlarımızı birliyə-bərabərliyə, bütöv və vahid Azərbaycan qurmaq yolunda birləşməyə səsləyib.

Mahnının sözlərini təqdim edirik:

Fırtınalar qopar gəmi üzər dəryada,üzər dəryada
Zəngəzurdan Naxçıvana gedək piyada, gedək piyada
Haray verək biz o taydan gələn fəryada, gələn fəryada
Hər dərdi müşkülümüzü birgə çözək bir, birgə çözək bir.

Çıxaq Savalan dağına gedək gəzək bir, ordan görək bir
Ayrılsada budaq sol sağ birdir özək bir, Güney quzey bir.

Təbrizin çörəyin bölün, ətrafın görün, kəklikli çölün
Urmiyanın ağlar qalan, bir imdad uman quruyan gölün.
Dərək Ərdəbil yaylasın ətirli gülün, o şehli gülün
Gəl Arazdan üzək keçək Zəfər yoluna sərək düzək bir.

Yanar dağın odu sönməz, yetər bu xalqın yurdu bölünməz
Araz da axar lal dinməz, olmaz keçilməz, araya girməz
Bir kərə yüksələn bayraq bir daha enməz, bir daha enməz
Ay ulduz bayrağımıza vurur bəzək bir, vurur bəzək bir.

Bu da Talıbın sözügedən klipi:

Məhəmməd Vaqif
Milli.Az