İranın daha bir nökərini tanıyın

27 Yanvar 2023 16:50

Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumu birmənalı şəkildə əvvəlcədən planlaşdırılan bir aksiya olub. Və bu hadisəni İran rejiminin neçə müddətdir anons etdiyi dövlət terrorunun bir hissəsi adlandırmaq mümkündür. Neçə müddətdir ki, bu ölkədə ən yüksək səviyyədə çirkin formada antiazərbaycan təbliğatı aparılır, bədnam qonşularla hərtərəfli əlaqələr genişləndirilir.  Bütün bunların da nəticəsi məhz bu günki  terror aksiyası olmalı idi və oldu da.

Sözsüz ki, bu terror aktı həm də ölkəmizdə hələ də İrana rəğbəti qalan müəyyən insanlar üçün dərs olmalıdır. Vaxtilə İran bayrağı qaldırıb Xomeyninin şəkilləri asanların, ayətullahların əllərini öpənlərin qəflət yuxusundan ayılmaları üçün dəsr olmalıdır. Necə çirkin və məkrli bir qüvvə ilə əməkdaşlıq etdiklərini anlamağın vaxtı çatıb. Əgər ayılmayıblarsa, o zaman Azərbaycan dövlətinin düşmənləri olduqlarını təsdiq etmiş olacaqlar.

Lakin proseslər göstərir ki, hələ də bu qüvvələr öz amplualalarındadır. Məsələn, baş verən terror aktından dərhal sonra illərdir Azərbaycana qarşı çirkin təbliğat aparan qüvvələr sosial şəbəkələrdə istintaq qurub, özünəməxsus şəkildə guya təhqiqat aparıblar. "Azad söz" adlanan İran və s dövlətlərdən aldıqları tula payı müqabilində ölkəmizə qarşı hədyanlar yağdıran bu kanal öz aləmində guya hadisələri analiz etmək istəyib. Molla rejiminin maraqlarına xidmət edən bu çirkab kanalı terror aktını məişət hadisəsi adlandırıb. Və burada onun mövqeyi İran tərəfinin ilkin mövqeyi ilə üst-üstə düşür.

Yaydıqları ilkin xəbərdə terrorun kökündə məişət məsələsinin durduğunu iddia edən İran tərəfi nədənsə bu versiyanın səsləndirməyə cürət etmədi. Amma çirkab suyu ifraz edən "kanal" bu iddianı düşgün versiya kimi irəli sürür. Bununla da, "Azad söz" adlanan kanalın İrana xidmət etməsi açıq göründü. Axı, heç İran tərəfinin heç araşdırması olmadan belə qənaətə necə gəlmək olar? Bir neçə saat ərzində bunu necə araşdırıb ortaya qoymaq olar. Bu versiya heç İran saytlarnda da getməyib. Elə isə buna kim ötürüb? Məqsəd də aydındı. Bəli, bir daha Tural Sadıqlı adı bu şəxsin İran tulası olduğu aydın görünür. Ümid etmək olar ki, bu terror terror hadisəsi cavabsız qalmaz. Bu terror İranın dünyada olmayan nüfuzuna, imicinə ciddi zərbə vurmuş olacaq. O zaman fars molla rejimin köməyinə bu tulalar da çatmayacaq.

Azər Nur
Milli.Az