Moldova XİN Azərbaycan xalqına başsağlığı verib

27 Yanvar 2023 16:58

Moldova bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması və iki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Milli.Az