Bu “iPhone” modelinin qiyməti 2 dəfə ucuzlaşdı

28 Yanvar 2023 05:22

Məşhur "iPhone 12" modelinin qiyməti təxminən 2 dəfə ucuzlaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ucuzlaşma əsasən Rusiya bazarında olub. Hətta smartfonun qiyməti rekord həddə qədər düşüb.

2020-ci ilin sonundan bu yana 80 min rubl (təxminən 1961 manat) dəyərində satışa çıxarılan smartfon hazırda 40 min rubl (təxminən 980 manat) qiymətindədir.

Ucuzlaşmanın səbəbi başqa yeni modellərin satışa buraxılmasıdır.

Milli.Az