Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərov tanınmış şəxsin oğludur

27 Yanvar 2023 13:10

Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində şəhid olan Orxan Əsgərovun atası vəzifəli şəxsdir.

Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Orxan Əsgərovun atası Rizvan Əsgərov Gəncədə tanınmış həkimlərdən biridir.

O, hazırda Gəncə Birləşmiş Xəstəxanasının nəznində olan Z.Məmmədov adına xəstəxananın pediatrya şöbəsinin müdiridir.

Şəhidin atası Rizvan Əsgərov Manset.az-a açıqlamasında hadisədən indi xəbər tutduğunu bildirib:

"Hadisədən indi xəbər tutmuşam. Hazırda yoldayam Gəncədən Bakıya gedirəm. Heçnədən xəbərim yoxdur. İndi inanın ki, danışmaq çox çətindir."

Milli.Az