Terrorda şəhid olan Orxanın FOTOsu - VİDEO

27 Yanvar 2023 13:05

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun fotosu yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Gəncə şəhərindən olan Orxan daha əvvəl Azərbaycanın Moskvadakı səfirliyində də çalışıbmış.

Onun fotosunu təqdim edirik:

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən O.Əsgərov şəhid kimi təqdim edilib.

Milli.Az