Tovuzda ər və arvad dəm qazından öldü

27 Yanvar 2023 09:41

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.

Milli.Az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az