Pişiklər aktrisanın evini yandırdı

27 Yanvar 2023 10:20

Türkiyəli aktrisa Cansu Dərənin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın evində yanğın baş verib. Hadisə zamanı heç bir canlıya xəsarət dəyməyib.

Dərə polisə izahatı zamanı hadisəyə yataq otağında yanan şamları pişiklərinin yıxmasının səbəb ola biləcəyini bildirib.

Milli.Az