Mask “Twitter”in yeni səhmlərini satmaq istəyir: Danışıqlar aparılır

27 Yanvar 2023 18:29

Milyarder İlon Maskın komandası şirkətin yeni səhmlərini satmağı düşünür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mask bu yolla "Twitter" şəbəkəsinin borcunu ödəməyi və 3 milyard dollar məbləğində maliyyə vəsaiti cəlb etməyi nəzərdə tutur.

Dekabr ayında sahibkarın nümayəndələri artıq investorlarla danışıqlar aparıblar. Onlar alınan vəsaitlə ən bahalı kreditlərin ödənəcəyini bildiriblər.

Milli.Az