Qəzada 16 maşın toqquşdu

27 Yanvar 2023 08:12

Moskva ətrafında "Neva" M-11 magistralında 16 maşının toqquşması ilə nəticələnən qəza baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qəza magistralın 57-ci kilometrliyində qeydə alınıb, xəsarət alan yoxdur.

Hadisə yerində yol polisi əməkdaşları çalışır, yolda hərəkət məhdudlaşdırılıb.

Milli.Az