Danimarkada müdafiə naziri qadınları da hərbidə görmək istəyir

26 Yanvar 2023 23:53

Danimarka Müdafiə Nazirliyinin rəhbəri Yakob Ellemann-Yensen məcburi hərbi xidmətin təkcə kişilər üçün deyil, qadınlar üçün də olmasını təklif edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Danimarka ölkəni, eləcə də öz sərhədlərindən kənarda maraqlarını qorumağı bacarmalıdır.

"Biz piratçılıqla mübarizə aparmağı bacarmalıyıq, müttəfiqlərimizi dəstəkləməliyik", -deyə o bildirib.

Milli.Az