"Dedilər, ittifaqa üzv ol, filmlərə çəkil, səfərlərə get..." - Əməkdar artist

26 Yanvar 2023 21:47

"Vaxtilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yarananda ərizə yazıb üzv olmuşdum. Rüstəm İbrahimbəyov qayıdanda Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv oldum. Dedilər, hər ikisində qala bilərsiniz. Amma üzv oldum nə xeyri, olmadım nə xeyri? Heç bir ittifaqla əlaqəm yoxdur. Heç biri də məni tədbirlərinə dəvət etməyiblər".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını tərk etməsi ilə bağlı iddiaya cavab verərkən deyib.

"İttifaqlara hansı məqsədlə üzv olmusunuz?" sualına əməkdar artist belə cavab verib:

"O zaman dedilər ki, üzv olmaq lazımdır, filmlərə çəkilmək imkanın artacaq. Dəvətlər, səfərlər olacaq. Amma ittifaqlara üzv olandan sonra filmlərdən daha da uzaq düşdüm, çəkilmədim. Halbuki üzv olmayanda daha çox çəkilirdim..."

Qeyd edək ki, ARKİ-də baş verən son hadisələrlə bağlı üzvlükdən 20-ə yaxın mədəniyyət və incəsənət xadiminin istefa verdiyi iddia olunur.

Milli.Az