"İnter"in futbolçusu Fransa klubunda

26 Yanvar 2023 21:17

"İnter"in qapıçısı İonuts Radu "Oser"ə keçib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Rumıniyalı qolkiper "Oser"də mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Rumıniya millisinin üzvü 2019-cu ildən "İnter"də çıxış edir.

Milli.Az