ABŞ “Vaqner” və onunla əlaqəsi olanlara sanksiya tətbiq etdi

26 Yanvar 2023 19:50

ABŞ Maliyyə Nazirliyi Rusiyadan olan bir sıra fiziki və hüquqi şəxslər barəsində yeni sanksiyalar elan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, məhdudiyyətlər Rusiya Baş nazirinin köməkçisi Denis Manturov və Tatarıstan rəhbəri Rustam Minnixanova da tətbiq edilib.

Siyahıda həmçinin "Vaqner" qrupu ilə əlaqəsi olan gəmiqayırma müəssisələri, fiziki və hüquqi şəxslər, o cümlədən təşkilatın rəhbəri Yevgeni Priqojin də salınıb.

Bundan başqa ABŞ Maliyyə Nazirliyi "Vaqner"i transmilli cinayətkar təşkilat elan etməyə də qərar verib.

Milli.Az