“Breyn Rinq” bazar günü İTV-nin efirində nümayiş olunacaq

26 Yanvar 2023 14:48

Azərbaycanın ən intellektual oyunlarından biri - "Breyn Rinq"i bazar günü İctimai Televiziyanın efirində izləmək mümkün olacaq.

"Nar"ın dəstəyi ilə keçirilən yarışmanın sayca 20-ci mövsümü yanvarın 29-da saat 19.20-də İctimai Televiziyanın efirində nümayiş olunacaq. Oyunlara ciddi və geniş tamaşaçı diqqəti var. Hər dəfə olduğu kimi, bu dəfə oyunlara məktəblilərdən tutmuş, ən müxtəlif yaş qrupunu təmsil edən insanların baxacağı şəksizdir.

Gəncləri stimullaşdırmağa yönələn oyunlar gəncləri elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq 9 ildir ki, "Nar"ın dəstəyi ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışda respublikanın əksər bölgələrinin nüfuzlu ali məktəblərinin tələbələrini mübarizə aparır.

Kamran Seyidov
Milli.Az