"Nar" yüksək hesabla favoritlər sırasına qayıtmağa müvəffər oldu

22 Yanvar 2023 12:32

Yanvar ayının 22-də İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.

Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik" kuboku uğrunda bu yarışın qalibi həm də maraqlı hədiyyələr qazanır. "Kapital bank" isə qalibə 3 min manat hədiyyə edəcək. Əvvəlki nəticələrə görə, "Kapital Bank", "Norm" və "Qarabağ" komandaları favoritlər sırasında yer alıb. Yüksək liqada isə "Şəki "Nar", "Gəncə", "BRİDGE" BDU komandaları yer alıb.

Bu gün ilk döyüşdə gözübağlı sistemlə "Lənkəran" və "Sabirabad" komandaları yarışıb. Yüksək liqaya Lənkəran" 5-3 hesabı ilə keçməyə müvəffəq olur. Onların rəqibi isə "Nar" komandası olur. Maraqlı oyunda "Nar" yüksək hesabla 5-0 qalib çıxır. Onlar rəqib kimi "Norm" komandasını gördüklərini bildirirlər. Hər kəsin ciddi təşvişlə izlədiyi yarışmada "Nar" komandası 6-3 hesabı ilə qalib gələrək favorotlər sırasına qayıtmağa müvəffəq olur.

Ötəndəfəki, suala cavab verən izləyicimizin adını elan edirik - Elçin Kələntərli. Düzgün cavab isə belədir: 

Nar! Şahın, xanın başında tac olduğu kimi, narın da başında tac var.

Növbəti sual isə belədir

Bu film Mao Tszedunun o qədər xoşuna gəlmişdi ki, o, filmin Çin versiyasının çəkilməsi barədə göstəriş vermişdi. "Çadra altında məhəbbət" adlanan film 1952-ci ildə ekranlara çıxdı. Biz filmi hansı adla tanıyırıq?

Kamran Seyidov
Milli.Az