Yanvar ayının 8-də İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.
Bu dəfə "Nar" komandası rəqib kimi UNEC komandasını seçir. Beş xala qədər davam edən yarışmanın ilk sualı ənənəvi olaraq Şuşa ilə bağlı olub. Maraqlı oyunda "Nar" komandası qalib çıxır. Rəqib kimi isə "Gəncə" komandasını gördüklərini bildirərək, onlarla oyuna qatılırlar. Nəticədə "Gəncə" komandası rəqibi məğlub edir. Rəqib olaraq isə "Kapital Bank" seçilir. Gərgin oyun nəticəsində "Kapital Bank" komandası favoritlər sırasında qalmağa müvəffəq olur. Hər iki komanda əzmkarlıqla mübarizə aparsa da, təcrübə özünü göstərdi.
Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik" kuboku uğrunda bu yarışın qalibi həm də maraqlı hədiyyələr qazanır. "Kapital bank" isə qalibə 3 min manat hədiyyə edəcək.
Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn Rinq" izləyiciləri, əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. Qalib "Nar" mobil operatoru tərəfindən mükafatlandırılacaq. Cavablarınızı bu elektron ünvana göndərə bilərsiniz:
Ötəndəfəki, suala cavab verən izləyicimizin adını elan edirik - Ülkər Nəbiyeva
Cavab: "Oqtay Eloğlu"
Növbəti sualımız isə belədir:
Şəki xan sarayından çəkilmiş rəsmlər arasında bu meyvə də var. Bir açıqlamaya görə, bunun
səbəblərindən biri onun meyvələrin şahı olmasıdır. Söhbət hansı meyvədən gedir?
Kamran Seyidov
Milli.Az