Nyu-Yorkda terror hazırlamaqda şübhəli bilinən dörd nəfər saxlanılıb
14 May 2010 10:34
Britaniyanın "Sky News" telekanalının məlumatına görə, onlardan ikisi - Pakistan əsilli kişilər Boston yaxınlığında həbs ediliblər. Daha iki nəfər isə Lonq-Aylenddəki axtarışlardan sonra tutulub.
Əsas şübhəli - ötən həftə həbs edilmiş 30 yaşlı Pakistan əsilli Feysal Şahzad istintaqla əməkdaşlıq edir və etiraf ifadələri verir.
Britaniya telekanalının məlumatına görə, Federal Təhqiqatlar Bürosu əməliyyatçılarının əsas məqsədi Feysal Şahzadın maliyyə mənbəyini müəyyənləşdirməkdir. Feysal Şahzadın özü ifadəsində bildirib ki, təkbaşına fəaliyyət göstərib. Bununla belə, terror aktının hazırlanmasında Pakistanın "Taliban" hərəkatının iştirakı versiyası da araşdırılır. Əgər FTB bu versiyanı sübut etsə, bu, taliblərin ABŞ-dakı ilk terror aktı cəhdi olacaq.
Milli.Az