"Şəki" komandası inamlı olsa da, "NORM" qalib gəldi

1 Yanvar 2023 11:40

2023-cü ilin ilk günündə, yanvarın 1-də İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti, sayca yeddinci verilişi baş tutub. İyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik" kuboku uğrunda bu yarışın qalibi həm də maraqlı hədiyyələr qazanır. "Kapital bank" isə qalibə 3 min manat hədiyyə edir.

Hakimlər komandası "Şəki" komandasını seçir. Və onlara rəqib "Mingəçevir" komandası gəlir. Qalib gələn "Şəki" komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) seçir. Bu həm də 3 reytinq balı uğrunda yarışma olub. Gərgin keçən yarışmada "Şəki" komandası ADNSU-nu da məğlub etməyə müvəffəq olur. Rəqib kimi isə "NORM"u seçirlər. Tərəflər arasında maraqlı oyun alınır və Şəki komandası inamla oynasa da, sonda "NORM"a məğıub olur.

Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn Rinq" izləyiciləri, əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. Qalib "Nar" mobil operatoru tərəfindən mükafatlandırılacaq. Cavablarınızı bu elektron ünvana göndərə bilərsiniz:

[email protected]

Ötən dəfəki, suala cavab verən izləyicimizin adını elan edirik - Anar İmanov

Düzgün cavab isə belədir: "Gün keçdi" filmi

Növbəti sualımız isə belədir: Aktrisa Firəngiz Şərifova səhnəyə ilk dəfə 6 yaşında bu pyesin tamaşasında Sevər rolunda çıxıb. Bu, hansı pyesdir?

Kamran Seyidov
Milli.Az