“BRİDGE” favoritlər liqasında yerini möhkəmləndirməyə müvəffəq oldu

26 Dekabr 2022 12:00

Dekabrın 25-də İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti, sayca altıncı verilişi baş tutub. İyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik" kuboku uğrunda bu yarışın qalibi həm də maraqlı hədiyyələr qazanır. "Kapital bank" isə qalibə 3 min manat hədiyyə edir. İlk olaraq Mingəçevir və "Qarabağ" komandaları yarışıb. Gərgin və maraqlı keçən yarışmanın qalibi Mingəçevir komandası olub. Onlar isə rəqib kimi Bakı Dövlət Universitetini (BDU) seçirlər.  Maraqlı və gərgin keçən yarışda BDU komandası qalib olub. Onlar isə rəqib kimi BRİDGE komandasını seçirlər. Oyunun nəticəsinə görə, "BRİDGE" favoritlər liqasında yerini möhkəmləndirməyə müvəffəq olur.

Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn Rinq" izləyiciləri, əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. Qalib "Nar" mobil operatoru tərəfindən mükafatlandırılacaq. Cavablarınızı bu elektron ünvana göndərə bilərsiniz:

[email protected]

Ötəndəfəki, suala cavab verən izləyicimizin adını elan edirik - Təhməz Əsəd

Düzgün cavab isə belədir: Ədiblər bu sözləri dilimizə daxil ediblər

Növbəti sualımız isə belədir:

Hansı filmin sonunda baş qəhrəman qol saatına baxır və gecə 12-i keçdiyini görüb düşünür: "Bəli, ayın 30-dur artıq. Mən də bir yaş qocalmışam"?

Kamran Seyidov
Milli.Az