Marketlərdə bu məhsulun qiyməti 9 manat oldu - FOTO

26 Yanvar 2023 10:31

Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində süni bahalaşma müşahidə olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, qiyməti kəskin artan məhsullardan biri də qatılaşdırılmış süddür. Onun qiyməti bir müddət bundan öncə 3-4 manat arası təşkil edirdisə, hazırda onun qiyməti 9 manata qədər qalxıb.

Süni qiymət artımı alıcılar tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az