Polkovnik-leytenantın oğlu Türkiyədə vəfat etdi

26 Yanvar 2023 10:11

Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

Onkoloji xəstəlikdən əziyyət çəkən azyaşlı il yarımdır müalicə olunsa da, İstanbulda yerləşən xəstəxanada vəfat edib:

"Vahidin müalicəsi üçün Bayram, yaxınları, komandanlıq, vətəndaşlar, o cümlədən ölkə hüdudlarından kənarda yaşayanlar və çox sayda tanımadığımız dostlar əllərindən gələn köməyi etdilər. Amma Allah Vahidi bizdən aldı.

Bayram qardaşımıza bu ağır günündə uca tanrıdan səbr diləyirəm, Allah Vahidə rəhmət eləsin!"

Milli.Az