Maşınların İçərişəhərə giriş-çıxışı məhdudlaşdırılır

26 Yanvar 2023 09:48

Əziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 26 yanvar 2023-cü il tarixində Qoşa Qala qapılarından İçərişəhər ərazisinə nəqliyyat vasitələrinin giriş və çıxışı məhdudlaşdırılacaq.

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan tarixdə Qoruq ərazisinə alternativ olaraq giriş və çıxış Neftçilər prospektindən nəzərdə tutulub.

Milli.Az