Generaldan Paşinyana: Ermənistan məhv olacaq

26 Yanvar 2023 09:58

Ermənistan nə qədər zəifdirsə, onun məhv edilməsi imkanları da o qədər böyükdür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants yerli mediaya müsahibəsində deyib.

O, Paşinyanın Ermənistan ordusunun döyüş hazırlığını və döyüş qabiliyyətini məhv etdiyini bildirib və onu bərpa etməyə çağırıb:

"Əks halda müharibə olacaq və Ermənistan tamamilə məhv olacaq".

Qriqoryants Azərbaycan Ordusunun hazırlıqlı olduğunu da bildirib.

Milli.Az