Sevdaya ərindən romantik paylaşım - VİDEO

26 Yanvar 2023 11:50

Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov xanımı barədə romantik paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Zakir Sevdanın "Sən yadıma düşəndə" mahnısını səsləndirdiyi videonu instaqramda izləyicilərlə bölüşüb.

O, "Çox sevirəm bu ifanı və səni, Sevda Yahyayeva", - deyə, qeyd edib.

Sənətçi isə yoldaşının paylaşımına "Mənim sevgim..." şərhini bildirərək, qarşılıq verib.

Xatırladaq ki, cütlük 2021-ci ildə ailə qurub. Onların bir müddət öncə Ayla adlı qızları dünyaya gəlib.

Milli.Az