Paris Hiltonun surroqat anadan övladı dünyaya gəldi - FOTO

26 Yanvar 2023 09:50

Amerikalı aktrisa və model Paris Hilton ilk dəfə ana olub.

O, bu barədə "Instagram" hesabında paylaşım edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ulduz ilk övladının əlini tutduğu fotonu paylaşıb.

Uşaq surroqat ananın köməyi ilə dünyaya gəlib. Aktrisa hələlik uşağın cinsini və adını açıqlamayıb.

Paris Hilton 2021-ci ilin noyabrında iş adamı Karter Reumla ailə həyatı qurub. Bundan əvvəl o üç dəfə nişanlanıb, lakin heç vaxt evlənməyib.

Milli.Az