Dəbdəbəli evində Aygün Kazımovaya doğum günü sürprizi - VİDEO

26 Yanvar 2023 09:10

Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Xalq artisti Faiq Ağayev və aparıcı Elgiz Əkbər Pop divaya sürpriz edib. Onlar gecə yarısı Kazımovanın evinə yollanaraq, sənətçi üçün hədiyyə aparıblar.

"Səhnəmizin divasını təbrik etmək istədim. Bilmirəm necə qarşılayacaq. Hər zaman təravətli olasınız. Sizin doğum gününüz hər dəfə xüsusi önəm daşıyır" deyə, Elgiz söyləyib.

Kazımova "Əsl sürprizdir, ev paltarında sizi qarşılayıram. Özəl bir ad günü olacaq. Konsert kimi bir proqram hazırlanıb" deyə, cavab verib.

Milli.Az