Ermənilərə dəstək istədi, barəsində cinayət işi açıldı

26 Yanvar 2023 08:32

Rusiyanın Yekaterinburq şəhərinin erməni icmasının başçısı Masis Nazaryana qaşrı cinayət işi başlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl Yekaterinburq şəhərinin erməni diasporunun nümayəndələri "Müqəddəs Karapet" kilsəsində Qarabağ ermənilərinə "dəstək" videosu çəkib yaymışdılar. Rusiya polisi Masis Nazryanı hakimiyyət orqanlarını xəbərdar etmədən kütləvi tədbir keçirməkdə təqsirləndirir.

Masis Nazaryan 2003-cü ildən "Ani-Armeniya" Erməni İcması" İctimai Birliyinin sədridir. Qanunazidd hərəkətlərlə əlaqədar erməni diasporunun digər üzvü Elen Kirakosyana qaşı da inzibati iş açılıb.

Milli.Az