Nigeriyada partlayış baş verib, çox sayda ölən var

26 Yanvar 2023 08:28

Nigeriyada güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis idarəsinə istinadən "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində 27 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

İnsidentin təfərrüatları barədə məlumat verilmir.

Milli.Az