Trampın sosial şəbəkə hesabları bərpa ediləcək

26 Yanvar 2023 08:53

"Meta" şirkəti ABŞ-ın keçmiş Prezidenti Donald Trampın feysbuk və instaqram hesablarını bərpa edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, ən qısa müddətə planlaşdırılıb.

Çünki hesablar iki il aktiv olmadığına görə dərhal bərpa oluna bilməz. Ona görə də platformalarda yenilənmələr olacaq.

Milli.Az