İspaniyada kilsəyə hücum - Ölən və yaralananlar var

26 Yanvar 2023 08:33

İspaniyanın cənubundakı Algeciras şəhərində kilsəyə samuray qılıncı ilə hücum olub.

Hücumda 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hücumun səbəbkarı olduğu ehtimal edilən şəxs polis tərəfindən saxlanılıb.

İspaniya mətbuatı yaralananlar arasında kilsənin keşişinin də olduğunu və hücumda onun ağır yaralandığını açıqlayıb.

Milli.Az