Finlandiya dörd ildən sonra Türkiyəyə silah satışına icazə verdi

26 Yanvar 2023 08:38

Finlandiya Türkiyəyə silah ixracı lisenziyası verib.

Bu, 2019-cu ildən bəri ilk analoji sənəd olub.

Bildirilir ki, ixrac icazəsi Finlandiyanın "Miilux" polad şirkətinə verilib.

Qeyd edilir ki, şirkət Ankaraya hərbi texnika üçün 12 min ton zireh satmaq niyyətindədir.

Milli.Az