“Arka sokaklar” bitib?

26 Yanvar 2023 07:15

Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Arka sokaklar" serialı 45 gündür ki, efirə verilmir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu səbəbdən bir çox izləyicilər serialın bitdiyi qənaətinə gəlib.

Məsələ ilə bağlı "Kanal D" rəsmi açıqlama yayıb.

Telekanal bildirib ki, fasilənin yaranmasına səbəb sağlamlıq problemləridir:

"Serialın prodüseri Türker İnanoğlunun xəstəliyi səbəbiylə bir müddət ekran işinə ara veriləcək".

Qeyd edək ki, "Arka sokaklar"  2006-cı ildən yayımlanır.

Milli.Az