Hələ də Almaniyada işğalçı qoşunlar var - Putin

25 Yanvar 2023 23:12

II Dünya müharibəsindən sonra Almaniya dörd sektora bölünüb və bu sektorlar ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin nəzarətində olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, ABŞ işğal statusunun ləğvini rəsmiləşdirməyib:

"Sovet İttifaqı bu işğal statusunun sona çatmasını rəsmiləşdirdi, lakin ABŞ bunu etmədi. Düzünü desək, rəsmi olaraq, Federal Respublika ərazisində Amerikanın işğalçı qoşunları var".

Milli.Az