"MİQ-29-ları Ukraynaya göndərməyə hazırıq"

25 Yanvar 2023 23:02

Slovakiya özünün MİQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini müzakirə etməyə hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

"Hazırda təyyarələr Slovakiyadakı bazalardan birindədir və indi biz bu təyyarələrin Ukraynaya təhvil verilməsini müzakirə etməyə hazırıq. Biz Slovakiya hökumətinin qərarını gözləyirik", - müdafiə naziri bildirib.

Milli.Az