UEFA Superkubokunun matçı da Rusiyadan alındı

25 Yanvar 2023 21:56

2023-cü ildə UEFA Superkuboku uğrunda oyunun keçiriləcəyi yer dəyişdirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə UEFA məlumat yayıb.

Bildirilib ki, oyun Yunanıstanın paytaxtı Afinada keçiriləcək.

Qeyd edək ki, əvvəlcə oyunun Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılmışdı. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalara və müharibəyə görə oyunun yeri dəyişdirilib.

Milli.Az