"Din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirən..."

25 Yanvar 2023 21:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, iclasın yekunları üzrə bəyanat qəbul edilib.

"NATO alyansına daxil olmaq istəyən dövlətlər alyansın qanunlarına və ruhuna uyğun hərəkət etməlidirlər", - deyə bəyanatda bildirilir.

Türkiyə Milli Təhlükəsizlik Şurası Üçtərəfli Memorandumdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırır:

"İsveç və Finlandiya qarşılıqlı anlaşma və terror təşkilatlarına qarşı mübarizə üzrə memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atmalıdırlar.

Din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirən hərəkətləri təşviq edən və müdafiə edənlər nifrət cinayətlərinə ortaq olurlar", - deyə bəyanatda qeyd edilir.

Milli.Az