Yoluxanların sayı açıqlandı

25 Yanvar 2023 20:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 459 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv xəstə sayı 244 nəfərdir.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.

Milli.Az