Mənzərəni tutmaq istəyirdi, həyatını itirdi - VİDEO

25 Yanvar 2023 21:15

Türkiyənin Yalova şəhərində şəkil çəkmək üçün qayalıqlara dırmaşan 33 yaşlı Semiha Sözer 50 metr hündürlükdən yıxılaraq ölüb.

Milli.Az big.az-a istinadən bildirir ki, Yalovaya iki rəfiqəsi ilə gəzməyə gələn qadın Kocaeli sakini olub.

Təbiətdə gəzərkən Semiha gördüyü gözəl mənzərəni mobil telefonla çəkmək üçün qayalıqlara çıxıb, lakin müvazinətini itirərək yıxılıb.

Rəfiqələrinin hadisə yerinə çağırdığı xilasedicilər 2 saatlıq əməliyyat nəticəsində Semihanı tapsalar da, onun artıq öldüyünü bildiriblər.

Qadının meyiti morqa göndərilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az