Əməliyyat olunan Əməkdar artistin xanımı: “Nəfəs almasında problemi var”

25 Yanvar 2023 20:49

"Vahid müəllimin açıq ürək əməliyyatı uğurla keçdi. Hazırda evdə müalicələrini davam etdirir. Yaxşı olmağa çalışır, amma hələ də zəifdir".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla xanım bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.

70 yaşlı sənətkarın xanımı aktyorun keçirdiyi ağır əməliyyatdan sonrakı sağlamlıq vəziyyətindən söz açıb:

"Birinci kontrol müayinədən keçib. Evin içində rahat gəzə bilmir. Nəfəs almasında problemi var. Çünki ciyərlərində oksigen çatışmazlığı var. Dərindən nəfəs ala bilmir. Bunların da səbəbi illərlə siqaret alüdəçiliyi və əlavə olaraq əməliyyat zamanı aldığı narkozdur. Bundan narahatlıq keçirir və şikayətlənir. İştahası yoxdur. Amma çalışırıq ki, az da olsa yemək yesin".

Milli.Az