Tehranda qadın geyimləri satan mağazalar bağlandı

25 Yanvar 2023 16:19

Tehranda onlarla mağazının fəaliyyəti qadın geyimləri satdıqlarına görə dayandırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə sosial media fəalları və mağaza yiyələri məlumat yayıb.

Onların bildirdiyinə görə, Tehran polisi qadın şalvarlarının satışını islam qaydalarına zidd hesab etdikləri üçün mağazaları bağlayıb və bütün malları müsadirə edib.

Milli.Az