“Elişko” ustad sənətkarların məzarı önündə - VİDEO

26 Yanvar 2023 02:44

"Elişko" ləqəbi ilə məşhurlaşan aktyor Elşən Orucov dünyasını dəyişən bir sıra məşhurlarla bağlı diqqət çəkən paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, ötən gün torpağa tapşırılan Əməkdar artist Tünzalə Əliyevanın dəfn mərasimində iştirak edən aktyor "Qurd qapısı" ərasizində yerləşən qəbiristanlığı gəzib.

Elşən sözügedən məkanda son bir neçə il ərzində dünyasını dəyişən və orada dəfn olunan incəsənət nümayəndələrinin məzarlarını lentə alaraq, ziyarət edib.

Həmin görüntüləri isə Orucov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Kadrlarda Xalq artistləri Ramiz Əzizbəyli, Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Əməkdar artist Yaqub Zurufçunun məzarı yer alıb.

Milli.Az