Günün günortasında küçədə atışma - VİDEO

25 Yanvar 2023 20:40

Türkiyənin Elazığ şəhərində gündüz vaxtı küçədə iki nəfər arasında atışma baş verib.

Milli.Az big.az-a istinadən bildirir ki, hadisə nəticəsində 2 şübhəli şəxs saxlanılıb.

İddiaya görə, Ö.Ö ilə M.U. arasında naməlum səbəbdən yaranan mübahisə silahlı münaqişəyə çevrilib.

Hadisə yerinə polis cəlb olunub. Güllələr ətrafdakı avtomobillərə xəsarət yetirsə də, yaralanan olmayıb.

Atışma anı şahidlər tərəfindən mobil telefonla qeydə alınıb. Həmin kadrları təqdim edirik.

Milli.Az