Taysona qarşı daha bir zorlama iddiası

25 Yanvar 2023 18:09

Dünya şöhrətli boksçu Mayk Tayson ikinci zorlamada ittiham olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, boksçuya qarşı bu ilin yanvar ayında 5 milyon dollarlıq iddia qaldırılıb. İddiaya əsasən, Tayson 1990-cı illərin əvvəllərində "Albany" gecə klubunda tanış olduqdan sonra bir qadına təcavüz etməkdə ittiham olunur.

"Dostumu evindən götürmək üçün Taysonun limuzininə mindim. Tayson dərhal mənə toxunmağa başladı və məni öpməyə çalışdı. Mən ona bir neçə dəfə "yox" dedim və dayanmasını istədim, lakin o, mənə hücum etməyə davam etdi. Sonra şalvarımı çıxarıb vəhşicəsinə zorladı", - zərərçəkmiş bildirib.

Tayson daha əvvəl 10 fevral 1992-ci ildə Desiri Vaşinqtonu zorlamaqda təqsirli bilinib və üç il həbs cəzası çəkib.

Milli.Az