Laçın-Xankəndi yolunda RSK-ya məxsus mülki avtomobil keçib - FOTO

25 Yanvar 2023 09:07

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Milli.Az xəbər verir ki, Xankəndindən Laçın istiqamətinə mülki avtomobil keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların kidinə şərait yaradıb.

Milli.Az