İranda qadınların kişi futbol oyunlarında iştirakına icazə veriləcək

25 Yanvar 2023 18:40

İran hakimiyyəti iranlı qadınların kişi komandalarının iştirakı ilə keçirilən futbol matçlarında iştirak etmək istəyini nəzərə alacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərzadə məlumat verib.

"Futbol Federasiyası ölkəmizin qadınlarının bu ədalətli arzusunun yaxın gələcəkdə reallaşması üçün bütün səylərini əsirgəməyəcək", - deyə o bildirib.

Federasiya rəsmisi qadınların stadionlarda olmasının FIFA-nın tələbi olduğunu vurğulayıb.

"Bu tələbin qadın hüquqlarına aid olduğunu nəzərə alaraq, federasiya yaxın vaxtlarda qadınların stadionlarda olmasına icazə verməyə hazırdır", - Qənbərzadə bəyan edib.

Qeyd edək ki, 1979-cu ildə İran İslam İnqilabından sonra qadınlar kişilərin oynadığı futbol matçlarında sərbəst iştirak edə bilmirlər.

Milli.Az