Oğurluq məqsədi ilə evə girmək istədi, havalandırma kanalında ilişib qaldı

25 Yanvar 2023 13:29

Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən şəxs tikilinin havalandırma sisteminin kanalında ilişib qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər şübhəli şəxsi saxlayaraq idarəyə aparıblar.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, oğurluq etməyə çalışan 29 yaşlı şəxs əvvəllər də müxtəlif cinayətlər törətdiyinə görə, məhkəmə qarşısına çıxarılıb.

Milli.Az