Maykl Pensin evindən məxfi sənədlər tapılıb

25 Yanvar 2023 08:37

ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin evindən gizli sənədlər tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Sənədlər keçən həftə Pensin İndianadakı evində tapılıb. Sözügedən faylların telekanal məzmununu açıqlamayıb.

Sənədlərin FTB-yə təhvil verildiyi məlum olub.

Milli.Az