Rəsmi statistika: Ötən il Ermənistanı minlərlə insan tərk edib

25 Yanvar 2023 08:02

Ötən il Ermənistanı 7 mindən çox insan tərk edib.

Mili.Az bildirir ki, bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin "Zvartnots" Beynəlxalq Hava Limanının sərnişin axını 2 milyon 593 min nəfəri ötüb. Hava limanına gələn sərnişinlərin sayı 1 293 612, gedənlərin sayı 1 299 789 nəfər olub.

Həmin dövrdə "Şirak" hava limanında sərnişinlərin ümumi sayı 42 640 nəfər təşkil edib. Hava limanına gələn sərnişinlərin sayı 20 567, gedənlərin sayı isə 22 073 nəfər olub.

Qeyd edilir ki, bu dövrdə ümumilikdə Ermənistana hava yolu ilə 1 314 179 nəfər gəlib, 1 321 862 nəfər isə ölkəni tərk edib.

2022-ci ilin yanvar-sentyabr aylarının məlumatına görə, ölkədən gedənlərin sayı gələnlərin sayından 7 683 nəfər çoxdur.

Mili.Az